BİZNES

26 Avqust

2025-ci ilin yanvar–iyununda Azərbaycanın magistral neft kəmərləri 523,48 milyon manat gəlir əldə edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərlərinin fəaliyyətindən əldə olunan gəlirləri 523,480 milyon manat təşkil edib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 14,8 milyon manat və ya 2,7% azalıb.

Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı ilə cəmi yük daşımalarının həcmi 18,513 milyon ton olub.

Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 725,6 min ton və yaxud 3,8% azalma deməkdir.

Fuad Mədətov
Finss.az